AZ

​İcbari tibbi sığorta üzrə göstəricilər açıqlandı

2025-ci ilin ilk 9 ayı üzrə icbari tibbi sığorta (İTS) haqqı ödəyən vətəndaşların məlumatları əsasında aparılan təhlilin nəticələri açıqlanıb.Metbuat.az xəbər verir ki, statistikaya görə, hazırda İTS haqqı ödəyən əhalinin sayı 2 milyon 263 min 437 nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 22 faizinə bərabərdir.
İTS haqqı ödəyən şəxslər arasında tibbi xidmətlərdən istifadə edənlərin sayı 1 milyon 168 min 686 nəfər olub. Bu göstərici sığorta haqqı ödəyənlərin 52 faizini əhatə edir.Məlumata əsasən, ümumilikdə göstərilən tibbi xidmətlərin sayı 20 milyon 167 min 946, vətəndaşların tibb müəssisələrinə müraciətlərinin sayı isə 5 milyon 103 min 184 olub.Təhlil dövründə göstərilmiş tibbi xidmətlərin ümumi dəyəri 306 milyon manatdan çox təşkil edib. Bir pasiyentə düşən orta xərc isə 262 manat olub ki, bu da 2024-cü illə müqayisədə 195 manat azdır.Eyni zamanda bildirilir ki, icbari tibbi sığorta çərçivəsində işəgötürənlər, işçilər və fiziki şəxslər tərəfindən ödənilən sığorta haqlarının həcmi 705 milyon 173 min 092 manat təşkil edib.

Qeyd olunur ki, ümumi müraciətlərdə İTS haqqı ödəyənlərin payı 22 faiz səviyyəsindədir.

Seçilən
34
50
metbuat.az

10Mənbələr