Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və KreditZəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayanvətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaqöhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
Trend xəbərverir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumatyayıb.
Bildirilib ki, 2025-ci ildə Bakı və Sumqayıt şəhərləri, həmçininAbşeron rayonunda 5 ünvanda yerləşən yaşayış komplekslərində satmaqöhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillər təqdim edilibvə 2813 kirayə müqaviləsi rəsmiləşib. 2026-cı il yanvarın 1-nə olanməlumata görə, bu mexanizm vasitəsilə inidiyə qədər 9070 ailəninmənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzilmexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvandamənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeronrayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün genişhəyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb,bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütünmənzillər yeni və müasir tikinti materiallarından istifadəolunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombicihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchizolunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlətqeydiyyatına alınıb.