AZ

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kreditqoyuluşlarının həcmi 526,476 milyon manat təşkil edib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 1,1 milyonmanat və ya 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 53,2 milyonmanat və ya 11,2% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarınınorta faiz dərəcəsi 19,73%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 525,945 milyon manatımilli valyutada, 531 min manatı isə sərbəst dönərli valyutada (SDV)yerləşdirilib.

Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadirayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə2 milyon manat və ya 8,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə17 milyon manat və ya 2,8 dəfə artaraq 26,516 milyon manata bərabərolub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,42%təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 17,484milyon manatı milli valyutada, 9,033 milyon manatı isə sərbəstdönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadirayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 552,992 milyonmanata çatıb.

Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanın cəmiregionları üzrə kredit qoyuluşlarının həcmi 30,063 milyard manatabərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 377,5 milyonmanat və ya 1,3%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,6milyard manat və ya 9,4% çoxdur.

Seçilən
51
31
az.trend.az

10Mənbələr