AZ

Britaniya səfiri: Azərbaycan futbolunun bu səviyyəyə qalxmasını görmək qürurvericidir

BAKI, 29 yanvar. TELEQRAF

Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"dəki hesabında UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyunu ilə bağlı yazıb.

"Liverpul" - "Qarabağ" oyunu üçün çox həyəcanlıyam! Bu gün "Qarabağ" Çempionlar Liqasında həlledici gündür. Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.

"Liverpul" azarkeşləri, əlbəttə ki, gur olacaq, amma mən qonaqlar üçün daha da uca səslə dəstək olacam", - səfir qeyd edib.

Seçilən
70
39
teleqraf.com

10Mənbələr