Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmisəfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədriŞeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.
Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq,dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spikerSahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və Azərbaycan arasındasiyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunuifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərininkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Diqqətəçatdırılıb ki, Milli Məclis sədrinin bu səfəri qarşılıqlıəlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Şura Məclisinin sədri bildirib ki, xalqlarımızın yaxınlığı daölkələrarası münasibətlərimizi daha da inkişaf etdirməyə əsasverir.
Oman Sultanlığına rəsmi səfərə dəvətə və qonaqpərvərliyə görətəşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova 2023-cüilin yanvarında Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatına üzvdövlətlərin Parlament İttifaqının 17-ci konfransı çərçivəsindəhəmsöhbəti ilə ilk dəfə görüşünü və o vaxtdan etibarən həmişəbeynəlxalq təşkilatlar çərçivəsində görüşüb müzakirələrapardıqlarını məmnunluqla xatırlayıb.
Həmsöhbətinin 2024-cü ilin fevralında və 2025-ci ilin fevralındaAPA-nın 14-cü və 15-ci plenar sessiyalarında iştirak etmək üçünAzərbaycana iki səfərinin ardınca bu gün Omanda rəsmi səfərdəolmasından məmnunluqla danışan Milli Məclisin sədri bu səfərinəhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, bütün sahələr üzrə münasibətləri inkişafetdirmək üçün böyük potensial mövcuddur. Vurğulanıb ki,Azərbaycanın Omanda səfirlik açması ikitərəfli münasibətlərimiziyeni səviyyəyə qaldırıb. Söhbət zamanı Azərbaycan və Omanınbeynəlxalq təşkilatlar çərçivəsində hər zaman biri-birinidəstəkləməsindən məmnunluq ifadə olunub.
Söhbətdə bildirilib ki, iqtisadiyyat, ticarət, investisiya,nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçünyaxşı potensial var.
Görüşdə təhsil və mədəniyyət sahələrində münasibətlərinəhəmiyyəti xüsusi vurğulanıb. Milli Məclisin sədri bildirib ki, bumənada, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın builin yanvar ayının əvvəlində Omana səfəri və bu səfər çərçivəsindəaparılan müzakirələr mədəniyyət sahəsində əməkdaşlığımızıintensivləşdirəcək.
Vurğulanıb ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələrimizarasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir.Bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyəti çoxvacibdir. Qeyd edilib ki, Asiya Parlament Assambleyası və QoşulmamaHərəkatının Parlament Şəbəkəsi bu sahədə mühüm platformalardır.
Söhbət zamanı Oman Sultanlığı Şura Məclisinin sədri Şeyx Xalidbin Hilal Al Mavali Azərbaycanın müdrik rəhbərinin başçılığı iləiqtisadi inkişafının şahidi olduqlarını diqqətə çatdırıb.
Görüşdə digər mövzularda da fikir mübadiləsi aparılıb.