Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı Fuad Elxan oğlu Məmmədov ölkənin ən gənc generalı olub.
Publika.az xəbər verir ki, Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Ondan əvvəl isə ən gənc generallar Babək Ələkbərovla Fərid Əliyev idi. Hər ikisinin hazırda 39 yaşı var.