AZ

Tramp Ukrayna üzrə nizamlanmada əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib

BAKI, 30 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün bərqərar olunması istiqamətində əhəmiyyətli irəliləyişin əldə edildiyini bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu açıqlamanı narkotik asılılığı ilə mübarizə aparan bəzi kateqoriyalara dövlət dəstəyinin genişləndirilməsi ilə bağlı sərəncamın imzalanması mərasimində verib. O, bu prosesdə ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun fəaliyyətini yüksək qiymətləndirib.

“Hazırda o, Rusiya və Ukrayna ilə bağlı vəziyyəti yoluna qoymaq üçün çox ciddi çalışır və hesab edirəm ki, bu istiqamətdə əhəmiyyətli irəliləyiş var”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin, hava şəraitinin təsirinə toxunaraq qeyd edib ki, sərt şaxtalar səbəbindən Rusiya müəyyən müddət ərzində atəş açmayacaq. Onun sözlərinə görə, Vaşinqton bu səbəbdən Rusiya Prezidenti Vladimir Putindən bir həftəlik atəşin dayandırılmasını xahiş edib.

“Onlar da bizim kimi çox soyuq hava şəraitindən əziyyət çəkirlər. Ukraynada isə vəziyyət daha da ağırdır, orada hazırda çox güclü şaxtalar var. O, buna razılıq verdi və biz bunu çox yüksək qiymətləndiririk”, – deyə Tramp iddia edib.

Daha əvvəl də Tramp Kiyev və digər Ukrayna şəhərlərinə zərbələrin şaxtalar səbəbindən bir həftəlik dayandırılması üçün Putinə şəxsən müraciət etdiyini və Rusiya tərəfinin buna razılaşdığını açıqlamışdı.

Seçilən
89
16
teleqraf.com

10Mənbələr