AZ

Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” “Sumqayıt” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, tura Yevlax şəhər stadionunda start veriləcək.

Günün ilk yarısında “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edəcək. “Sumqayıt” 27 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Karvan-Yevlax” 6 xalla on ikinci sıradadır.

Misli Premyer Liqası
İkinci dövrə, 18-ci tur
30 yanvar
14:30. “Karvan-Yevlax” - “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.

İdman.Biz
Seçilən
83
9
idman.biz

10Mənbələr