AZ

Neft bahalaşır - “Azeri Light”ın qiymətində 3,58 % artım

"Azeri Light" markalı neftinin 1 barelinin qiyməti 72,89 ABŞ dolları təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Telegram kanalımız
Seçilən
25
5
yenisabah.az

10Mənbələr