AZ

Premyer Liqanın 18-ci turuna start verilir

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunastart veriləcək.

Trend xəbərverir ki, turun ilk günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ıqəbul edəcək. Qarşılaşma Yevlax şəhər stadionunda saat 14:30-dastart götürəcək.

Günün ikinci matçında “İmişli” “Qəbələ” səfərinə yollanacaq.Qarşılaşma Qəbələ şəhər stadionunda saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” 27 xalla turnir cədvəlinin 5-ci,“İmişli” 18 xalla 9-cu, “Qəbələ” 11 xalla 11-ci, “Karvan-Yevlax” 6xalla sonuncu, 12-ci pillədə qərarlaşıb.

Seçilən
14
41
az.trend.az

10Mənbələr