AZ

Nazirlik: 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb  

Son illər ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, reabilitasiya mərkəzləri şəbəkəsinin genişlənməsi, yeni reabilitasiya üsullarının tətbiqi bu mərkəzlərdə xidmət göstərilənlərin sayının da ciddi artımına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 12 dəfəyədək artaraq 142 minə çatıb.

Həmçinin dövlət büdcəsi hesabına həmin kateqoriyaya aid şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2018-ci ilə nisbətən 6 dəfə artaraq ötən il 212 minə çatıb.

Seçilən
15
27
azerbaijan-news.az

10Mənbələr