Bakı, 30 yanvar, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XVIII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Açılış matçında autsayder “Karvan-Yevlax” evdə “Sumqayıt”ı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. Meydan sahibləri 6 xalla sonuncu - 12-ci, qonaqlar 27 xalla 5-ci pillədə qərarlaşıblar.
İkinci oyunda “İmişli” “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 17:00-da start götürəcək. 18 xala malik “İmişli” 9-cu, aktivində 11 xal olan “qırmızı-qaralar” isə 11-ci sırada yer alıb.
Turun digər qarşılaşmaları yanvarın 31 və fevralın 1-də gerçəkləşəcək.