AZ

Netanyahu gizli iclas keçirdi Masada ABŞ İran müharibəsi var

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu dünən yüksək vəzifəli müşavirləri və müdafiə rəsmiləri ilə məxfi iclas keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ-ın İrana mümkün hücumu müzakirə olunub.

“İsrail rəsmiləri məhdud hücumun İran hökumətinin süqutuna səbəb olmayacağına inanır və ABŞ Prezidenti Donald Tramp da bu fikri bölüşür. Hesabata görə, ABŞ-ın İrana məhdud hücumu halında belə, Tehranın İsraili hədəf alması, Tel- Əvivin isə güclü şəkildə cavab verməsi gözlənilir.

ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib ki, bölgəyə göndərilən bütün Amerika qoşunları məqsədlərinə çatdıqdan sonra Tramp İrana hücum əmri verə bilər”, – deyə nəşr yazıb.

Digər tərəfdən, ABŞ hərbi gəmisi İsrailin cənubundakı Eylat limanına lövbər salıb.

İsrail dövlət televiziyası KAN bildirib ki, Trampın son açıqlamalarından və ABŞ-ın İrana mümkün hücumundan sonra İsrail ordusu müdafiə və hücum hazırlıqlarını artırıb.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
50
globalinfo.az

10Mənbələr