AZ

"AzərGold" QSC-nin ixrac gəlirləri 35% artıb

Bakı. Trend:

2025-ci ildə "AzərGold" QSC 225,7 milyon ABŞ dolları dəyərindəixrac əməliyyatları aparıb.

Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilib.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 58,6 milyonABŞ dolları və ya 35,1% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Budövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞdollarına bərabər olub.

2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani LimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "PrimeCotton” MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalatBirliyi" MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,"Export Stream"MMC,"P-AQRO" MMC,"KHAN-EL" MMC, “AGRARCO” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıdaaşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası DövlətNeft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar SənayeKompleksi" MMC, “Socar-Dalğıc” MMC, "İstisu" mineral su zavodu MMC,"Azərbaycan Dəmir yolları" QSC, “SOCAR CAPE” MMC.

Məqalədə:
Seçilən
73
12
az.trend.az

10Mənbələr