AZ

Müəllimlərin dərsliklərə dair rəy və təklifləri əhəmiyyətlidir

"Dərsliklərin şagirdlərdə oxuyub-anlama, məntiqi düşünmə və tətbiqetmə bacarıqlarının inkişafına xidmət etməsi vacibdir. Bu istiqamətdə müəllimlərin rəy və təklifləri əhəmiyyətlidir".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Mərkəzi Aran Regional Təhsil İdarəsində bir qrup qabaqcıl təhsil işçisi ilə görüşündə deyib.

Nazir vurğulayıb ki, təhsil müəssisələrində mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması regionların ümumi inkişafına, təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsinə və şagird nailiyyətlərinin artmasına birbaşa təsir göstərir.

Emin Əmrullayev ibtidai təhsilin bütün təhsil pillələri üçün baza rolunu oynadığını qeyd edərək bu sahədə yaranan çətinliklərin vaxtında aradan qaldırılmasının gələcək təlim nəticələri baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Seçilən
90
14
azedu.az

10Mənbələr