Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan xaricə 144,2 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, 2024-cü ilin 12 ayı ilə müqayisədə 30,5 milyon ABŞ dolları və ya 26,8% çoxdur.
Əvvəlki ilin yanvar-dekabr aylarında Azərbaycan 113,7 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
Təkcə dekabr ayında 36,4 milyon dollarlıq xurma ixrac olunub ki, bu da illik 9,3 milyon dollar (34,3%) çoxdur.