AZ

Rasim Balayevin əsəbləri pozulmuşdu - Şair

"Şükür Allaha, Rasim Balayev indi yaxşıdır. Çox narahatlıq olmasın deyə, telefondan bir az uzaqdır. Fəqərə sütununda problem var idi, düzəlir". 

"Yeni Sabah" xəbər verir ki, bunu şair Baba Vəziroğlu deyib.

O əlavə edib: "Əsəbləri normal deyildi, artıq normallaşmağa başlayıb. Bir müddət xəstəxanada oldu, indi evindədir. Amma həkimlər evdə tam sakitlik şəraitində qalmağı məsləhət görürlər.

Mən də çox narahat etmirəm. Bir-iki dəfə danışmışam. Əsasən, oğlu Ülvi ilə əlaqə saxlayıram, deyir ki, yaxşıdır. Qoy bir az əsəbləri yerinə gəlsin. Axı sinir pis şeydir.

Şəfiqə Məmmədova ilə birlikdə tez-tez bir-birimizə Rasim Balayevin əhvalı barədə məlumat veririk. Tezliklə onu işdə gözləyirik. Rasim Balayev Azərbaycan milli kinosunun simasıdır. Allah onu bizə çox görməsin”.


Telegram kanalımız
Seçilən
28
18
yenisabah.az

10Mənbələr