Bakı, 30 yanvar, AZƏRTAC
Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliya “İnter”indən Kristyan Asllanini transfer edib. 23 yaşlı oyunçu müqavilə bağlamaq üçün İstanbula gəlib.
Qeyd edək ki, Albaniya millisinin üzvü olan Kristyan Asllani 2022-ci ildən “İnter”də çıxış edirdi.