AZ

“Sabah”a məxsus olan futbolçu: “Sumqayıt”dan ayrılan zaman ”Karvan-Yevlax”a keçəcəyimi bilirdim” - MÜSAHİBƏ

“Oyuna daxil olanda komandam üçün ən yaxşısını etməyə çalışdım. “Sabah”dakı futbolçularla yaxşı əlaqəm var və sadəcə onlarla bir-birimizi görüb, gülümsədik”.

Bunu “Karvan-Yevlax”ın futbolçusu Rauf Rüstəmli sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Sabah”a qarşı görüş sizin üçün necə alındı? Sizcə, bu matçda məğlubiyyətinizə əsas səbəb nə idi?

- Əslində, hamımız oyuna yaxşı hazırlaşmışdıq. Matçın çətin keçəcəyini də yaxşı başa düşürdük. Qış fasiləsindən sonra birinci oyunumuz idi. Məğlubiyyətini unudub, qarşıdakı matçlara hazırlaşacağıq.

- Erkən qollar buraxmağınızın səbəbi həyəcan idi, yoxsa “Sabah”ın təzyiqinin altından çıxa bilmədiz?

- Həyəcan deməzdim. Sadəcə rəqibin ustalığı, təzyiqi bizi səhvlərə məcbur etdi. Ancaq qarşıdakı matçlarda bu səhvləri aradan qaldıracağıq. İşləyirik.

- Müqavilə ilə məxsus olduğunuz komandaya qarşı oynayırdınız. Bu görüş özünüz üçün necə alındı? Meydana daxil olanda deyəsən “Sabah” oyunçuları sizi xoş qarşıladı və kiməsə baxıb gülürdünüz?

- Oyuna daxil olanda komandam üçün ən yaxşısını etməyə çalışdım. “Sabah”dakı futbolçularla yaxşı əlaqəm var və sadəcə onlarla bir-birimizi görüb, gülümsədik. Onlara da uğurlar arzulayıram.

- Maraqlıdır, qışda “Sabah”da qala bilməzdiniz? Yoxsa daha çox oynamaq üçün oradan ayrıldınız, ola bilər ki, Valdas Dambrauskas sizi istəmədi?

- Əslində, “Sumqayıt”dan ayrılan zaman ”Karvan-Yevlax”a keçəcəyimi bilirdim. Bu addımı daha çox oynamaq üçün atdım. Allah qoysa, uğurlu olar.

- “Karvan-Yevlax” hazırda I Liqaya düşə biləcək əsas namizəd hesab edilir. Sizcə, komanda bunun qarşısını necə alacaq? Çünki komanda demək olar ki, stabil olaraq uduzur..

- Qarşıda hələ çox oyun var. Düzdür, hazırda turnir cədvəlində sonuncu pillədəyik. Lakin bu vəziyyətdən çıxa bilərik. İnanıram ki, turnir cədvəlinin sonuncu pilləsindən çıxacağıq.

- Komanda bu gün mövsümün ilk yarısında formasını geyindiyiniz “Sumqayıt”la qarşılaşacaq. Onları məğlub etmək mümkün olacaq?

- ”Sabah”la görüşdən sonra həftəboyu bu oyuna hazırlaşmışıq. Öz evimizdə, azarkeşlərimizin qarşısında oynayacağıq. Komandamın bu oyuna hazır olduğunu düşünürəm. Hər halda, qalibiyyət üçün ən yaxşısını edəcəyik. Allah qoysa, qələbəni qazanarıq.

İdman.Biz
Seçilən
59
19
idman.biz

10Mənbələr