AZ

ADY ilə Gürcüstanın aparıcı logistika şirkəti və limanları arasında əməkdaşlıq müzakirə edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Gürcüstanın aparıcı logistika şirkəti və limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Aznews.az xəbər verir ki, bu barəıdə müzakirələr ADY sədri Rövşən Rüstəmovun Gürcüstanın aparıcı logistika şirkəti olan, Poti Limanında terminal idarəçiliyini həyata keçirən "PACE Group"un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə keçirilən görüşlərdə aparılıb.

Görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib.

Seçilən
65
33
aznews.az

10Mənbələr