AZ

Kreml Zelenskinin Putinin Kiyevə səfəri ilə bağlı açıqlamasına münasibət bildirib

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinin Kiyevə səfər edə biləcəyi ilə bağlı açıqlamasını eşidib. 

Missiya.Az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Rusiya liderinin mətbuat katibi Dmitri Peskova istinadla xəbər verib.

“Biz də bu açıqlamaları görmüşük və eşitmişik. Əslində, son günlərdə və son saatlarda bir sıra açıqlamalar verilib”, – deyə Peskov bildirib.

O əlavə edib ki, Putinin Zelenskinin Moskvaya səfər etməsi təklifi Ukrayna liderinin görüş təşəbbüsünə cavabdır.

Daha əvvəl Ali Radanın deputatı Aleksandr Dubinski bildirib ki, hərbi əməliyyatların sona çatması bu təşəbbüsdən asılı olarsa, Ukrayna Prezidenti Moskvaya səfər etməlidir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
13
39
missiya.az

10Mənbələr