AZ

UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Moderator.az xəbər verir ki, keçirilən püşkatmaya 1/8 final mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 16 klub qatılıb.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları fevralın 19 və 26-da oynanılacaq.

UEFA Avropa Liqası

Pley-off mərhələsi

"Brann" - "Bolonya";

"Dinamo Zaqreb" - "Genk";

"Seltik" - "Ştutqart";

"Ludoqorets" - "Ferentsvaroş";

"Panatinaikos"- "Viktoriya Plzen";

"Fənərbağça" - "Nottingem Forest";

"Lill" - "Srvena Zvezda";

PAOK - "Selta Viqo".

Seçilən
2
36
moderator.az

10Mənbələr