AZ

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə gedib

İran mediasının məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi 30 yanvar səhəri İstanbula gəlib.

Bir günlük səfəri zamanı İslam Respublikasının xarici işlər naziri türkiyəli həmkarı Hakan Fidan ilə görüşəcək.

Tərəflərin Tehran və Ankara arasındakı münasibətləri, eləcə də bir sıra regional və beynəlxalq inkişafları müzakirə edəcəyi gözlənilir. Əraqçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də planlaşdırır.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
35
editor.az

10Mənbələr