GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Şəkidə fəaliyyət göstərən “Azəri kooperasiyası” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifovun cinayət işi üzrə bəzi detallar məlum olub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, T. Lətifovun 30 ilə yaxın tanışlıq münasibətində olduğu Sevil Səlimova ilə arasında münaqişə yaranıb.
Bu zaman iş adamı qadını şiddətli şəkildə döyüb. Sevil Səlimovanı döyməsi, ona şiddət göstərməsi ilə bağlı cinayət işi araşdırılır.
Lətifovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Bu iş üzrə istintaqı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi aparıb.

Sevil Səlimovanın vəkili Cahan Səmədov Teleqraf-a bildirib ki, cinayət işi üzrə istintaq Şəki Rayon Məhkəməsinə göndərilib və istintaq hərəkətləri davam etdirilir.
Vəkil qeyd edib ki, T.Lətifov Sevil Səlimovanı 2019-cu ildə döydüyü üçün cinayət işi açılıb: “Tehran Lətifovu ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə aid olan hissəsində azadlıqdan məhrum etmə cəzası gözləyir. Həmin maddə ilə təqsirli bilinən şəxs 2 ildən 5 ilə qədər cəza ilə cəzalandırılır. Tehran Sevildən şikayətini geri götürməsini istəyib. Amma bütün cəhdlərinə rəğmən, şikayətini geri götürməyib. Bundan sonra Tehran oyun qurmağa başlayıb, Sevilin oğlu Vasifi tutdurmaq istəyib. Onun üzərindən Sevilə təzyiq etmək niyyətinə düşüb. Bu təzyiqlər nəticəsində Sevilin şikayətini geri götürməsinə nail olmağa çalışıb. Bu niyyəti alınandan sonra isə Tehran Vasifi guya təmizə çıxarmalı idi”.

Qeyd edək ki, Tehran Lətifovun bu gün həbs xəbəri yayılıb. Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.
Tehran Lətifovla yanaşı İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədov da saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2 ci-(şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.
Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimovanın oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.

Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.
Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.
Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.
Vasif Səlimovun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.