AZ

Azərbaycan və bp arasında kibertəhlükəsizlik və rəqəmsallaşma sahəsində birgə əməkdaşlıq müzakirə edildi

Bakı. Trend:

Azərbaycan və bp arasında süni intellekt, kibertəhlükəsizlik vərəqəmsallaşma sahəsində birgə əməkdaşlıq müzakirə edilib.

Trend xəbərverir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev “X” hesabında paylaşım edib.

“bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regionalprezidenti Cio Kristofoli ilə görüş keçirdik. Görüş zamanı insankapitalının inkişafı və bp ilə mümkün əməkdaşlıq istiqamətləri,həmçinin şirkətin logistika proseslərində AZCON-la birgə fəaliyyətməsələlərini müzakirə etdik. Eyni zamanda bp ilə süni intellekt,kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımlarınatılması barədə razılığa gəldik”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Seçilən
31
9
az.trend.az

10Mənbələr