Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiyanın İrana qarşı mövqeyi dəyişməyib; İslam Respublikası ətrafındakı vəziyyət ikitərəfli təmaslarda lazımi diqqəti cəlb edir.
Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu brifinqdə bildirib.
"Biz Rusiya-İran gündəliyi ilə bağlı müntəzəm olaraq şərhlər veririk. Bu məsələ ilə bağlı bir neçə rəsmi açıqlama vermişik. Hazırda onlara əlavə edəcəyim bir şey yoxdur. Mövqe dəyişməyib. Deyə biləcəyim tək şey odur ki, Moskva və Tehran arasında intensiv siyasi dialoqun bir hissəsi olaraq, bu ölkə ətrafındakı vəziyyətin müxtəlif aspektlərinə lazımi diqqət yetirilir", - deyə diplomat ABŞ-ın İslam Respublikası ərazisinə hədəflənmiş hava hücumları həyata keçirmək təhdidləri fonunda İran hakimiyyətinin Rusiyadan kömək istəyib-istəmədiyi ilə bağlı suala cavab olaraq qeyd edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp "nəhəng bir armada"nın İrana doğru irəlilədiyini bildirmişdi. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli və bərabər" bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Amerika lideri xatırladıb ki, 2025-ci ilin iyun ayında ABŞ İslam Respublikasındakı nüvə obyektlərinə hücumlar həyata keçirib və bu əməliyyat "Gecəyarısı Çəkic Əməliyyatı" adlandırılıb. O, "növbəti hücumun daha da pis olacağı" barədə xəbərdarlıq edərək, "bunun baş verməsinin qarşısını almağa" çağırıb.
İran isə ABŞ təfindən gözlənilən hücumlara sərt cavab verəcəyini bildirib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.