AZ

AzTV-nin efirində Fəzlullah Nəimi təhqir olundu: “Kafirdir”


AzTV-də yayımlanan “Məhməd. Fəthlər sultanı” serialında Fəzlullah Nəimini təhqir olunub. Türkiyədə istehsal olunan və daha əvvəl TRT-də yayımlanan serial dublyaj edilərək AzTV-də yayımlanır.

Maraqlıdır ki, nə serialı dubliyaj edənlər, nə də ki, yayımını keçirən AzTV bu məqama fikir verməyib. 

Halbuki Nəiminin təhqir olunduğu hissəni kəsib çıxartmaq olardı. Amma nədənsə bu edilməyib.

Niyəsini AzTV rəhbərliyi bilir.

Amma News365.az olaraq xatırladırıq ki, Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Səhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi."

"Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir. Hər bir mərhələdə yeddi dövr var. Və Adəmin dünyaya gəlişindən başlanan bu mərhələlər məhşər gününə qədər davam edəcəkdir.

"Ərəb əlifbasının hərfləri, rəqəmləri və onların ədədi mənaları hürufilərdə xüsusi mistik anlayış kəsb edir və dünyanın dövri hərəkətlərinin simvolları kimi qəbul edilirdi. Onlar sözləri varlığın əsası kimi götürürdülər. Sözlər "Quran"da və "Quran" vasitəsilə Allahdan gələn vəhylər kimi dünyanın materiyası olmuşdur. Allahın "Quran"dakı sözlər vasitəsilə insanda təcəlla etməsi haqdakı hürufi ideyası da buradan yaranmışdı.

Göründüyü kimi Nəimi film çəkən türk qardaşlarımızın dediyi kimi heç də “kafir” deyil.

News365.az


Seçilən
52
50
news365.az

10Mənbələr