AZ

“Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis “Qarabağ”la üz-üzə gələcək “Nyukasl” barədə fikirlərini bildirib:
“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğuru olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıblar. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidi. Həmişə premyer-liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdi. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə premyer-liqası dünyanın ən güclü çempionatıdı. Burda komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündü. “Nyukasl” ciddi rəqibdi. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadı”.
Seçilən
36
26
football-plus.az

10Mənbələr