AZ

Sabahın hava proqnozu açıqlandı

Bakı. Trend:

Fevralın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərbküləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkiledəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qaryağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyiayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlardagecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə istiolacaq.

Seçilən
18
49
az.trend.az

10Mənbələr