Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun Sumqayıtda keçirilib.
Mərhələnin açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Cavid Cəlilov olub. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları fevralın 5-də keçiriləcək. Bu gün həm də “Sabah” – “Qəbələ” görüşü baş tutacaq.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunu
4 fevral
“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 28. Leroy Mikels, 30. Rikardo Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
