Sumqayıt şəhərinin 13-cü mikrorayonunda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
NOCOMMENT.az-lkin məlumata əsasən, hadisə hamam otağında baş verib. 1991-ci il təvəllüdlü Vüsal Əliyev və 2001-ci il təvəllüdlü Natəvan Əliyeva zəhərlənmə əlamətləri ilə Sumqayıt şəhər TTY xəstəxanasına çatdırılıblar. Həkimlər onların vəziyyətini orta-ağır kimi dəyərləndirir.
Eyni zamanda, 2025-ci il təvəllüdlü Mələk Əliyeva və 2022-ci il təvəllüdlü Vüqar Əliyev də qazdan zərər çəkərək Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər. Azyaşlıların da vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.