Bakı. Trend:
Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq.
Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir
Fevralın 9-da Azərbaycanın rayonlarında hava şəraiti əksərrayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq vədağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəziyerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlardagecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.