Bakı. Trend:
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinədüşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbiivə texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətindəfəaliyyətini davam etdirir.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynartelefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyətiqurumları tərəfindən ötən həftə ərzində 203 yanğına çıxış, 37 haldaköməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrəqəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili vətəxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativsöndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindənötən həftə ərzində 10-u azyaşlı olmaqla 47 nəfər xilas edilib, 4nəfər xəsarət alıb, 2 nəfər təxliyə olunub, bağlı qapı arxasında 5nəfərin meyiti aşkar edilib.