AZ

Sabah qar yağacaq, güclü külək əsəcək

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi proqnozlaşdırılır. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 1-4 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı bildirilir.

Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
49
sia.az

10Mənbələr