AZ

Neftçalanın icra başçısı səyyar görüş keçirdi - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Kükrənd kəndinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Yeni intibah dövrünü yaşayan Azərbaycanın inkişaf tarixində Neftçala rayonunun da özünəməxsus rolu vardır” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, yeni intibah dövrünü yaşayan Azərbaycanın sürətli və hərtərəfli inkişaf mərhələsində regionların sosial-iqtisadi tərəqqisi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Neftçala rayonu da özünəməxsus tarixi ənənələri, zəngin təbii ehtiyatları və strateji coğrafi mövqeyi ilə ölkənin ümumi inkişaf dinamikasına mühüm töhfələr verir. Xəzər dənizi sahilində yerləşən Neftçala rayonu sənaye, kənd təsərrüfatı və balıqçılıq sahələrində formalaşan potensialı ilə seçilir. Rayonun iqtisadiyyatında neft sənayesi mühüm yer tutur. Eyni zamanda pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq kimi kənd təsərrüfatı sahələri də davamlı inkişaf edərək əhalinin məşğulluğunun artırılmasına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın bütün bölgələri kimi, Neftçala rayonunun da sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib, infrastruktur layihələri həyata keçirilib, sənaye və kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası regionların tarazlı inkişafını təmin etməklə ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edib. Ulu Öndər siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Neftçala rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, yeni sosial obyektlər, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir, sahibkarlığın inkişafına əlverişli şərait formalaşdırılır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində rayonda mühüm layihələr icra olunur. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Neftçala rayonuna səfərləri də regionun inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Səfərlər çərçivəsində həyata keçirilən görüşlər, sosial layihələrin açılış mərasimləri və vətəndaşlarla səmimi ünsiyyət dövlətin insan amilinə verdiyi diqqəti bir daha nümayiş etdirir.

Bu gün Neftçala rayonu yeni intibah mərhələsini yaşayaraq, ölkəmizin ümumi inkişaf strategiyasına uyğun şəkildə dinamik tərəqqi yolundadır. Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində rayonun sosial-iqtisadi göstəriciləri yüksəlir, əhalinin rifah halı yaxşılaşır və gələcək inkişaf üçün möhkəm təməl formalaşır.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənd ərazisindəki sahibsiz heyvanlar haqqında təkliflər, kənddaxili yolların təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Seçilən
5
2
unikal.az

10Mənbələr