AZ

"Qarabağ"da ulduz olacaq futbolçu hədəfdə, "Neftçi" isə onunla sağollaşır

Nəriman Axundzadəni "Kolumbus Kru”ya satan "Qarabağ" bu mövqeyə 5 futbolçu ilə maraqlanır. 

Ölkə.Az xəbər verir ki, ön xətt oyunçulardan ikisi ilə müqavilə imzalanması nəzərdə tutulub. Bu barədə yazan Sportinfo bildirir ki, onlar şəxsi kontraktı indi bağlayacaq, iyunun ikinci yarısında isə "atlılar"ın düşərgəsinə qoşulacaqlar.

Bundan əlavə, “Qarabağ” ötən ilin iyulunda Zaqreb “Dinamo”sundan heyətinə cəlb etdiyi belçikalı mərkəz müdafiəçisi Sammi Mmaenin xidmətində maraqı deyil. Ağdam təmsilçisi icarə əsasında düşərgəsinə gələn və 1 illik müqavilə bağladığı 28 yaşlı legionerin transfer hüququnu almayacaq. Bildirilir ki, ərəb müdafiəçi ilə iyunda vidalaşmaq istəyinin kökündə iki səbəb dayanır: o, əsas heyətə düşmək uğrunda rəqabətə tab gətirmir. Avrokuboklarda çox şans qazanmır, Premyer Liqada meydana çıxdığı matçlarda isə yaxşı heç nə ilə yadda qalmır. Həmçinin Mmaenin maaşı kifayət qədər yüksəkdir. “Qarabağ“ onun Xorvatiyada aldığı əməkhaqqının yalnız bir hissəsini ödəyir. Qalan pulu isə “Dinamo“ ona ödəməkdə davam edir.

Azerisport.com saytı isə yazır ki, "atlılar"ın 27 yaşlı ispan yarımmüdafiəçi Coni Montiel Çindən və bir neçə digər Asiya klubundan təklif alıb. O, həmçinin Bolqarıstanın "Ludoqorets" klubundan daha bir cəlbedici təklif alıb. Lakin "Qarabağ"ın onu buraxmağa hazır olub-olmadığı məlum deyil. İspaniyalı oyunçunun Ağdam klubu ilə 2026/27 mövsümünün sonuna qədər müqaviləsi var və müqavilənin iki illik uzadılması mümkündür.

Yerli idman mütəxəssisləri arasında Montielin "Qarabağ"ın ulduzuna çevriləcəyəni düşününlər var. Onun qış fasiləsindən sonra yaxşı forma yığdığı meydana çıxdığı qeyd edilir. Sonuncu dəfə “Şamaxı” ilə çətin səfər qarşılaşmasında cərimə zərbəsindən baxımlı qol vurub, 90+4-cü dəqiqədə isə Kamilo Durana məhsuldar ötürməsi edib. Zədələr və gələcəkdə şöhrətin gətirəcəyi başgicəllənməsi olmayacağı halda Montielin “Qarabağ”ın bəlkə də birnömrəli lideri olacağı söylənilir.

“Neftçi”yə gəldikdə isə hücumçu Vensan Abubakar klubunu dəyişə bilər. Qazaxıstanın match.kz saytı yazır ki, Yuri Vernidubun baş məşqçi təyinatından sonra isə əsas heyətdəki yerini itirən kamerunlu hücumçu “Aktobe”yə transfer oluna bilər. 

Qeyd edək ki, 34 yaşlı forvard ötən ilin oktyabrında “Neftçi”yə qoşulub. O, Bakı klubunda keçirdiyi 12 rəsmi oyunda 6 qol vurub.

Bundan əvvəl vurğulanırdı ki, Yuri Vernidub kamerunlu hücumçunun hazırlıq səviyyəsindən narazıdır. 59 yaşlı mütəxəssisin fikrincə, kamerunlu ulduz hələ də ideal formadan uzaqdır və bu, onun artıq çəkidən əziyyət çəkməsiylə əlaqədardır. Onun qaçmaqla arası olmayan Abubakardan yalnız ikinci hissədə yararlanmaq niyyətində olduğu qeyd edilmişdi.

Miri
Ölkə.Az

Seçilən
142
50
olke.az

10Mənbələr