AZ

Fevralda yay havası - Sabahın PROQNOZU

Fevralın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilın məlumata görə, sabah Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunudan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman.gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq. Arabir duman gözlənilir.  Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda əsasən yağmursuz olacaq. Lakin axşam dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda da hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda yağmursuz hava gözlənilir.  Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz olacaq. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-23° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz olacaq. Arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 7-10° isti, gündüz 12-17° isti olacaq.


Telegram kanalımız
Seçilən
255
49
yenisabah.az

10Mənbələr