AZ

Lvovda terror aktı - Ölən və çox sayda yaralanan var

Ukraynanın qərbində yerləşən Lvov şəhərində terror aktı törədilib.

Moderator.az xəbər verir ki, bu barədə şəhər merı Andrey Sadovıy öz “Telegram” kanalında məlumat verib.

“Lvov. Bu, terror aktı idi. Hazırda 14 yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər bütün lazımi yardımı göstərirlər. Hüquq-mühafizə orqanları və bütün müvafiq xidmətlər çalışır”, — deyə o yazıb.

Daha sonra Sadovıy əlavə edib ki, ilkin məlumata görə, Lvovdakı terror aktı nəticəsində bir qadın polis əməkdaşı həlak olub.

“Operatsiya Z: Voyenkorı Russkoy Vesnı” “Telegram” kanalının verdiyi məlumata görə, partlayış Lvov istintaq təcridxanasının (SİZO) yaxınlığında avtomobilin partladılması nəticəsində baş verib.

 

(publika)

Seçilən
13
16
moderator.az

10Mənbələr