AZ

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

"Far.Az" xəbər verir ki, baş tutacaq görüşlərdən sonra 1/8 finala vəsiqə qazanacaq kollektivlərin adına aydınlıq gələcək.

Türkiyənin "Samsunspor" klubu doğma meydanda Şimali Makedoniyanın "Şkendiya" kollektivini qəbul edəcək.

İtaliyanın "Fiorentina" komandası isə Polşa "Yagelloniya"sı ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

26 fevral

21:45. "Fiorentina" (İtaliya) – "Yagelloniya" (Polşa)

İlk oyun – 3:0

21:45. "Samsunspor" (Türkiyə) – "Şkendiya" (Şimali Makedoniya)

İlk oyun – 1:0

21:45. "Sele" (Sloveniya) – "Drita" (Kosovo)

ilk oyun – 3:2

21:45. "Riyeka" (Xorvatiya) – "Omoniya" (Kipr)

İlk oyun – 1:0

00:00. "Lex" (Polşa) – "KuPS" (Finlandiya)

İlk oyun – 2:0

00:00. AZ (Niderland) – "Noa" (Ermənistan)

İlk oyun – 0:1

00:00. "Kristal Pelas" (İngiltərə) – "Zrinski" (Bosniya və Herseqovina)

İlk oyun – 1:1

00:00. "Lozanna" (İsveçrə) – "Siqma" (Çexiya)

İlk oyun – 1:1

Qeyd edək ki, daha əvvəl "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Maynts 05" (Almaniya), AEK (Larnaka, Kipr), "Strasburq" (Fransa) və "Rakuv" (Polşa) 1/8 finala vəsiqə qazanıb.

Seçilən
10
2
far.az

10Mənbələr