AZ

"Mənə efir qadağası qoyulmayıb" - Ofelya Şabanova

Bu gün mətbuatda Azərbaycanda 30-a yaxın müğənniyə efir qadağası qoyulması ilə bağlı xəbərlər yayılıb.

Onların içərisində daim maraqlı çıxışları ilə gündəmə gələn müğənni Ofelya Şabanovanın da adı çəkilib.

Məsələ ilə bağlı Ofelya Şabanova "Sitat.info"ya danışıb.

Bildirib ki, ona heç bir efir qadağası qoyulmayıb:

"Mənim efirə çıxmağımla bağlı hər hansı qadağa yoxdur. Dişlərimi müalicə edirəm, implant əməliyyatı keçirmişəm. Bir neçə gün özümü qorumalı idim. Heç bir qadağadan söhbət gedə bilməz. Siyahını kim və hansı məqsədlə yayıb, xəbərim yoxdur".

Gülxar,

Sitat.info

Seçilən
0
5
sitat.info

10Mənbələr