Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Başİdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə dədigər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrininşəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı vəsosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələbetdiyi barədə müraciətlər daxil olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) MətbuatXidmətinin əməkdaşı Lumu İsrafilli məlumat verib.
Bildirilir ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texnikitədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28yaşlı Fəxri Cəbrayılov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosialşəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlifşəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o,həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montajedərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxtahesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.
Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün onamüraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlifməbləğlərdə pul tələb edib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.CəbrayılovaCinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o,təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalardavam etdirilir.