Ramazan ayının onuncu günündə - 28 fevral 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub.
Ramazanın onuncu günü üçün Azərbaycanda oruc vaxtları:
İmsak (orucun başlanğıcı): 05:52
İftar (orucun açılması): 18:44
Günün duası
"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".
Tərcüməsi:
"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"