AZ

Qadın 12-ci mərtəbədən yıxılaraq öldü

Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

Ölkə.az xəbər verir ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.(apa)

Seçilən
0
12
olke.az

10Mənbələr