İranın sabiq şahınım oğlu Rza Pəhləvi ölkənin ali rəhbəri Ali Khamenei ilə bağlı səsləndirdiyi kəskin açıqlama ilə diqqət mərkəzinə düşüb.
“Ordu xalqın tərəfinə keçməlidir”
Rza Pəhləvi İran ordusuna və təhlükəsizlik qüvvələrinə müraciət edərək, “çökməkdə olan rejimi” tərk etməyə və xalqın yanında dayanmağa çağırıb. O, keçidin dinc və idarəolunan formada həyata keçirilməsinin mümkün olduğunu vurğulayıb.
Müxalif fiqur həmçinin iranlıları ayıq-sayıq olmağa və kütləvi küçə etirazlarına hazırlaşmağa səsləyib. Onun sözlərinə görə, “həlledici an yaxındır” və “qələbə ilə azadlıq əlçatandır”.
