AZ

İsrail Livanı vurdu: 31 ölü - Yaralılar var

İsrailin Beyrutun ətraf ərazilərinə və Livanın cənubuna endirdiyi hava hücumlarında 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, İsrail döyüş təyyarələri bazar ertəsi səhəri Beyrutun cənub ətraflarına və Livanın cənubundakı müxtəlif ərazilərə bir sıra ağır hücumlar həyata keçirib, nəticədə hədəf alınan ərazilərdə genişmiqyaslı dağıntılar və yanğınlar baş verib.

Digər tərəfdən, Livan Təhsil Nazirliyi bütün dövlət və özəl məktəblərin, liseylərin, eləcə də texniki və peşə təhsili müəssisələrinin bu gün bağlanacağını açıqlayıb.

Ağarza Elçinoğlu 

Seçilən
147
50
unikal.az

10Mənbələr