AZ

İranda ölən şagirdlər dəfn edildi Yenilənib + Video

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın cənubundakı Minab şəhərində fevralın 28-i qızlar məktəbinə edilən hücumda həlak olan 165 nəfərin dəfn mərasimi keçirilib.

Yeniavaz.com xəbər verir ki, İranın dövlət qurumları dəfn üçün hazırlanmış məzarların fotolarını yayımlayıb.

“Əl-Cəzirə”nin məlumatına görə, dəfn mərasimində minlərlə insan “Amerikaya ölüm”, “İsrailə ölüm” və “Təslim olmayacağıq” şüarları səsləndirib. İsrail ordusu Minaba edilən hər hansı bir zərbədən xəbərsiz olduğunu bildirib. Pentaqon da öz növbəsində məktəbə edilən zərbə barədə məlumatı araşdırdığını qeyd edib.***11:52

İranda ABŞ və İsrailin qızlar məktəbinə endirdiyi zərbələr nəticəsində ölən şagirdlərlə vida mərasimi keçirilir.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə sözügedən mərasimdən kadrlar yayılıb.

Kadrlarda minlərlə insanın meydanlaşa axışdığı müşahidə olunur.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyat başladıb və elə həmin gün ölkənin Minab şəhərində qızlar məktəbinə zərbə endirilib.

Hücum nəticəsində əksəriyyəti məktəbin şagirdləri olmaqla, ümumilikdə, 165 nəfər həlak olub, daha 96 nəfər yaralanıb.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
40
yeniavaz.com

10Mənbələr