AZ

Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,56 ABŞ dolları və ya 8,2 % artaraq 86,16 ABŞ dolları təşkil edib.

Ölkə.az-ın hərracların nəticələrinə istinadən məlumatına görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 84,87 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,14 ABŞ dolları və ya % artaraq 82,93 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
2
10
olke.az

10Mənbələr