AZ

Leonardo Jardim – “Flamenqo”nun yeni baş məşqçisi! – ARENA.AZ

Portuqaliyalı futbol mütəxəssis Leonardo Jardim Braziliyanın “Flamenqo” klubunun əsas komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Filipe Luisin istefasından sonra yeni təyinat rəsmən açıqlanıb. A Seriyası təmsilçisinin “sükan”ı 51 yaşlı portuqal məşqçiyə tapşırılıb. Tərəflər arasında müddəti 2027-ci ilin sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Leonardo Jardim daha çox “Monako” (2014-2019) və “Sportinq” (2013-2014) klublarındakı fəaliyyəti ilə tanınır. Onun sonuncu iş yeri 2025-ci ildə çalışdırdığı “Kruzeyro” klubu olub.

Xatırladaq ki, “Flamenqo” bir neçə gün öncə baş məşqçisi Filipe Luisi istefaya göndərmişdi. Onunla birlikdə köməkçisi İvan Palanko və fiziki hazırlıq üzrə məşqçi Dioqo Linyares də klubu tərk etmişdilər.

Xatırladaq ki, Filipe Luis 2024-cü ildən “Flamenqo”nu çalışdırırdı. Onun Braziliya klubu ilə müddəti 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqaviləsi mövcud idi.

“Flamenqo” Filipe Luisin rəhbərliyi altında bütövlükdə 99 oyun keçirib, 62 qələbə, 21 heç-heçə və 16 məğlubiyyət görüb. Komanda bu müddətdə Libertadores Kubokunu, Braziliya Kubokunu və Braziliya Super Kubokunu qazanıb.

Braziliyalı mütəxəssis daha öncə “Flamenqo”nun U-17 və U-20 komandalarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
49
9
arena.az

10Mənbələr