AZ

Trampı: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın artıq buna ehtiyacı olmadığını bildirib.

"Report" xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib.

"Biz danışıqlar aparmaq istəmirik. Onlar danışıqlar aparmaq istəyərlər. Amma biz istəmirik", - deyə o bildirib.

O, həmçinin İranın cənubundakı qızlar məktəbinə edilən hücuma görə Tehranın məsuliyyət daşıdığını bildirib: "Gördüklərimə əsasən, inanıram ki, bunu İran edib".

Eyni zamanda ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana quru qüvvələri göndərmək planının olmadığını, lakin bunun gələcəkdə baş verə biləcəyini bildirib.

Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox."

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
sherg.az

10Mənbələr