Bakı. Trend:
Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-dəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Trend xəbər verirki, Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədarölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.
Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarınınAzərbaycan vasitəsilə təxliyyəsinə yaradılmış şəraitə görədövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunanhəmrəyliyə görə təşəkkür edib.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhünmöhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərininyenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb,əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirəolunub.